• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Nazpəri göz yaşları tökdü: “Düşünürlər ki, bəxtəvərəm”

MƏDƏNİYYƏT-ŞOU

27 May 2024 | 11:41

Nazpəri göz yaşları tökdü: “Düşünürlər ki, bəxtəvərəm”

“Mənim xarici görünüşümə, səhnədə olduğum anlara hamı baxır və düşünürlər ki, nə edir? Mahnı oxuyur, pul qazanır”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “O üz” verilişində deyib.

Sənətçi onu tənqid edənlərdən də söz salıb:

“Düşünürlər ki, bəxtəvərəm. Amma mən heç vaxt acı həyatımı, Allahın mənə yaşatdığı acıları insanlarla paylaşmadım…(ağlayır) Mən acımı göstərməyə çalışmadım, sevincimi göstərməyə çalışdım. Allah var, kədər yoxdur demişəm. Allahın səbri ilə özümü möhkəm qadın kimi saxlaya bilmişəm.  Allahın bir bəndəsinə yaşatdığını heç bir bəndə yaşada bilməz. Mən həyatımda elə bir acı yaşadım ki, o acını həyatımın sonuna kimi yaşayacağam”.

“Onu mən içimdə ağır bir yük kimi daşıyıb, səhnədə gülməyə çalışıram. Üzdə olan təbəssümün içdən olması mümkün deyil. “Nə olar Allahım, ayırma bizi” mahnısını oxuyanda içdən oxumuşdum, insanlara həsr etmişdim. Ağlıma gəlməzdi ki, mahnının içərisindəki sözləri yaşayacağam. Öz həyatıma həsr edəcəyəm…”, - deyə o əlavə edib.

Qeyd edək ki, 2021-ci ildə Nazpəri Dostəliyevanın oğlu, 2023-cü ildə isə bacısı dünyasını dəyişib.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Iyul 2024