• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Neftçi" mövsümün ilk qələbəsini qazandı

İDMAN

22 Avqust 2021 | 21:46 | Müəllif: Subhan Mahmudov

"Neftçi" mövsümün ilk qələbəsini qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk oyununda çempionata heç-heçə ilə başlayan "Zirə" və "Neftçi" komandaları üz-üzə gəliblər. Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu "ağ-qaralar"ın heyətində Fəhmin Muradbəyli vurub. 25 yaşlı yarımmüdafiəçi 72-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Mehdi Cənnətovun səhvindən yararlanaraq, komandasını önə keçirib. Görüşün əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov fərqi artırıb - 2:0. 

İki dəqiqə sonra buraxılan qollardan birinin əvəzini çıxan "Zirə"nin hücumçusu Davit Volkov matçda yekun hesabı müəyyənləşdirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026