Xəbər verdiyimiz kimi, dünyada neftin qiyməti balaşamaqda davam edir. Neftlə birlikdə bütün məhsulların qiyməti də artır, insanlar hər gün daha da çətin vəziyyətə düşür. Artmayan isə pensiya və müavinətlərdir.
Bütün bahalaşmaları nəzərə alsaq, pensiya və müavinatların artma ehtimalı varmı?
İqtisadçı-ekspert Asif İbrahimov Bakıvaxtı.az-a bildirib ki, dünyada olan hazırkı vəziyyət neftin qiymətində yanacaq, enerji böhranının yaranmasına gətirib çıxarıb: “Dünya tamamilə bunun astanasındadır. Avropadakı hadisələrdən məlumatlısınız, artıq neft yanacağın satışında limitlər tədbiq olunmağa başlayıb. Bu da, təbii ki, dünya bazarında neftin qiymətinin artmasına gətirib çıxaran əsas faktorlardan biridir”.
Ekspert onu da qeyd edib ki, hər il pensiya və müavinatların artırılması ilə bağlı məsələ növbəti ilki büdcə layihəsinə daxil edilir və həmin o büdcədə nəzərdə tutulan məsələlərdir.
A.İbrahimov vurğulayıb ki, 2022-ci ilin əvvəlində Azərbaycan hökuməti tərəfindən pensiya və müavinətlərdə artım həyata keçirilib: “Təbii ki, infilyasiyanın sürətlə baş verdiyi bir çox məhsullarda ikirəqəmli infilyasiyanın başladığını müşahidə edirik. Buna görə pensiya müavinətlərində artım hökmən həyata keçirilməlidir”. Bir çox qida məhsullarında və dərman preparatlarında qiymət artımı olduğunu vurğulayan müsahibimiz qeyd edib ki, bu da həmin o yaşla bağlı müavinət alanların büdcəsinə ciddi təsir etməyə başlayıb: “Bununla bağlı müəyyən xəbərlər yayılmaqda idi ki, 2023-cü ilin büdcə layihəsinə artımlarla bağlı məsələlər daxil edilib. Düşünürəm ki, bu, başqa cür ola da bilməzdi. Çünki bu hallar nəzərə alınmalı idi. Mənim proqnozlarıma görə, büdcəyə əlavə edilə biləcək ödəmə mənbələrini nəzərə aldıqda pensiya və müavinatlarda 20-40% arası artım müşahidə olunacaq”.
Aytac Aslan













png-1668591626.webp)


