• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nikolayevə raket zərbələri - ölənlər və yaralananlar var

DÜNYA

04 Aprel 2022 | 23:40 | Müəllif: Subhan Mahmudov

Nikolayevə raket zərbələri - ölənlər və yaralananlar var

Rusiya ordusu Ukraynanın Nikolayev şəhərinə raket zərbələri endirib.

Bakıvaxtı.az "report"-a istinadən bildirir ki, bu barədə Nikolayev şəhərinin meri Aleksandr Senkeviç teleqram kanalında məlumat yayıb.

Zərbələr nəticəsində 10 yerli sakin həlak olub, daha 46 nəfər yaralanıb.

Mer, həmçinin qeyd edib ki, Rusiya hərbçiləri şəhəri kasset mərmiləri ilə atəşə tutur.

Bundan əvvəl məlum olub ki, Nikolayevdə avtobus dayanacağı, həmçinin mikroavtobusda olan sərnişinlər atəşə məruz qalıb.

Ötən gün Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Nikolayev şəhəri ətrafında yerləşən Balovnoye aerodromuna hücum edilib, nəticədə Ukrayna silahlı qüvvələrinin üç helikopteri vurulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026