• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

 Dənizdə batmış 22 yaşlı gəncin meyiti tapılıb - YENİLƏNİB

HADİSƏ

10 Avqust 2021 | 21:33 | Müəllif: Subhan Mahmudov

Dənizdə batmış 22 yaşlı gəncin meyiti tapılıb - YENİLƏNİB

Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) batan 1999-cu il təvəllüdlü Abbasov Oqtay Vidadi oğlunun axtarışları başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, O.Abbasovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


***

Xəzər dənizində 22 yaşlı gənc batıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 1999-cu il təvəllüdlü Abbasov Oqtay Vidadi oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR