q
  • Bakı 15° C

    11.1 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Astiqmatizm nədir, müalicəsi varmı?- AÇIQLAMA

CƏMİYYƏT

27 Iyul 2023 | 12:31

Astiqmatizm nədir, müalicəsi varmı?- AÇIQLAMA

"Refraksiya sadə dillə izah etsək "eynək nömrəsi", yaxud "göz nömrələri"dir. Xüsusi aparatla müayinə nəticəsində müəyyən olunan refraksiya qüsurlarından biri də astiqmatizmdir".

Bunu oftalmoloq Aynurə Əliyeva Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, astiqmatizm adətən anadan gəlmə olur. Lakin bəzən travmalar nəticəsində, pteriqium xəstəliyində, bəzən də keçirilən göz əməliyyatlarından sonra rast gəlinir: "Bu patalogiyada buynuz qişaya düşən şüalar müxtəlif dərəcədə sındırılır. Və obyekt qeyri-düzgün şəkildə göz dibinə ötürülür. Baxılan obyektlər sanki bucaq altında əyilmiş, dartılmış, uzanmış kimi görünür".

Həkim qeyd edib ki, göz mürəkkəb, unikal optik sistemdir. Optik sistemin ön hissəsini buynuz qişa təşkil edir. Buynuz qişa sındırma qüvvəsinə malik linzanı xatırladır. Bəbəyin, qüzehli qişanın (gözün qarasının) üzərini örtür. Buynuz qişada isə sındırma qüvvəsi normada eyni olur. Bu göstərici dəyişik olanda refraksiya qüsurlarına səbəb olur 

Sözügedən xəstəliyin müalicəsi haqqında danışan müsahibimiz bildirib ki, bu, linzalarla korreksiya ilə mümkündür: "Eynək, kontakt linza, gözdaxili linza implantasiya, lazer cərrahi korreksiyası metodlarından istifadə olunur. Bəzən "fizioloji" astiqmatizmə də rast gəlinir ki, belə pasientlərdə görmə şikayəti olmur. Astiqmatizm transplantasiya tələb edən, cərrahi müalicə ilə aradan qaldırılan ağır xəstəlik olan keratokonus da simptomlarındandır. Buna görə vaxtında aşkar olunması mütləqdir".

Xəyalə Rza 


SON XƏBƏRLƏR

16 May 2026
15 May 2026