• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Musayevalar barışdı - Bitən qalmaqalın bitməyən atmacaları

MƏDƏNİYYƏT

01 Dekabr 2023 | 11:42

Musayevalar barışdı - Bitən qalmaqalın bitməyən atmacaları

“Nüşabəni bağışladım”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva “MTV” xəbərə müsahibəsində deyib.

Bir neçə ay öncə Nüşabə Musayeva ilə qalmaqal yaşayan müğənni aralarındakı konfiliktin həll olunduğunu deyib: “Nüşabəni bağışlamışam. Özü zəng elədi, danışdıq, bağışladım. Mən düzgünlüyü sevən insanam”.

Mənzurənin kinayəli açıqlamsı isə diqqətdən yayınmayıb. Onun, sanki, həmkarını aşağılayırmış kimi dediyi sözlər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Mənzurə və Nüşabə bir neçə ay öncə qalmaqal yaşayıblar. N.Musayeva M.Musayeva haqqında “Mən dünyanın ən kinsiz insanıyam. Amma ikili oyun oynamağı sevmirəm. İnsanın bir üzü, sifəti və sözü olar. İnsan kamera arxasında başqa, üzdə isə başqa olmaz” deməsi ikincini əsəbləşdirib. O, da “Şou xəbər” verilişində həmkarına cavab verib: “Bilirdim ki, bu insan özünü gündəmə gətirir. Ona görə də həmin verilişdə ona heç nə demədim. Hələlik ona bu qalmaqal lazımdır. Ona görə qoy etsin. Nə olar ki, onun barəsində artıq danışmaq istəmirəm”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026