• Bakı 23° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

Odessada Rusiyanın sifarişi ilə terror aktlarının hazırlanmasında şübhəli bilinən şəxs saxlanılıb

DÜNYA

08 Sentyabr 2025 | 14:55

Odessada Rusiyanın sifarişi ilə terror aktlarının hazırlanmasında şübhəli bilinən şəxs saxlanılıb

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın sifarişi ilə Odessada terror aktları hazırlamaqda şübhəli bilinən vətəndaşın saxlanıldığını bildirib.

Bakıvaxtı.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib.

Məlumata görə, keçmiş dənizçi olan şəxs terror aktları üçün partlayıcı maddələr hazırlayırmış. Ehtimal olunur ki, o, hələ müharibənin əvvəlində Rusiyada cəlb edilib.

Ukraynaya gəldikdən sonra agent əvvəlcə kuratorun "test" tapşırıqlarını yerinə yetirib və şəhərə hücumların nəticələri barədə "hesabat" verib. Daha sonra ona partlayıcı maddələr hazırlamağı və onların yerləşdirilməsi üçün "prioritet" yerləri tapmağı öyrədiblər.

Ukrayna Təhlükəsizlik Xidməti cinayətləri sənədləşdirib və onu yaşadığı yerdə saxlayıb. Şübhəli həbsdədir. Onun əmlakının müsadirəsi ilə 12 ilədək həbs cəzası təhlükəsi var.


SON XƏBƏRLƏR