“Çox çətin zəmanədir. Mən onu o qədər həssaslıqla böyüdürəm. Mənə bu gün deyir ki, sən oxuma. Mən qoymayacam səni oxumağa”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Qəhrəmanova qonaq olduğu “El canlı” verilişində deyib.
Övladına olan sevgisindən söz salan ifaçı onun bu istəyinin reallaşmasını arzu edib:“Allah məna o günləri qismət eləsin. O, mənə baxsın”.
Qeyd edək ki, bir müddət öncə ifaçının qeyri-qanuni nikahdan ana olması ilə bağlı xəbərlər yayılmışdı. Müğənni xəbəri təkzib etsə də, münasibətdə olduğu bəy xəbərin həqiqətəuyğun olduğunu bildirmişdi.
Ziyafət Əlisoy
















