Oğuz rayonunda meşə yanır.
Bakıvaxtı.az-ın məlumatına görə, yanğın rayonun Xaçmaz kənd inzibati ərazisinə aid olan yüksək dağlıq ərazidə qeydə alınıb.
Kənd sakinlərinin sözlərinə görə, həmin ərazidə bir-neçə gün öncə də yanğın baş verib.
Məlumata görə, hazırda dağlıq ərazidə yanğın davam edir.
















