• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Olimpiya Oyunlarında daha 18 nəfər virusa yoluxub

İDMAN

03 Avqust 2021 | 09:48

Olimpiya Oyunlarında daha 18 nəfər virusa yoluxub

Tokio Olimpiya Oyunları ilə əlaqəli şəxslər arasında daha 18 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oyunların təşkilat komitəsinin saytında avqustun 3-də yerləşdirilən hesabatda bildirilir. Onlardan birinin sinxron üzgüçülük üzrə Yunanıstan komandasının üzvü olduğu qeyd edilir. Hazırda həmin idmançı karantinə alınıb.

Beləliklə, Oyunlarla əlaqəli şəxslər arasında ümumi yoluxanların sayı 294 nəfərə çatıb. Həmçinin iyulun 1-dən Olimpiya Oyunlarına hazırlıq və yarışların gedişində 500 mindən çox koronavirus testi götürüldüyü qeyd edilir.

Xatırladaq ki, ümumi epidemioloji vəziyyət ağır olduğuna görə Yaponiya hökuməti Tokioda fövqəladə vəziyyət rejiminin müddətini avqustun 31-dək uzadıb. Buna görə də avqustun 8-də başa çatacaq Olimpiadaya azarkeşlər buaxılmırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR