• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Ölkəmizdə mövcud olan STEAM mərkəzlərinin sayı AÇIQLANDI

CƏMİYYƏT

11 Fevral 2025 | 10:34

Ölkəmizdə mövcud olan STEAM mərkəzlərinin sayı AÇIQLANDI

“Hazırda ölkədə 400-ə yaxın orta ümumtəhsil müəssisələri ilə yanaşı STEAM mərkəzləri də fəaliyyət göstərir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Qadın və Qızların Elmdə Beynəlxalq Günü” münasibətilə keçirilən tədbirdə “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda mövcud olan STEAM mərkəzlərinin sayı 25-dən çoxdur, lakin fəaliyyətdə olan STEAM mərkəzlərinin sayı 21-dir. Layihə rəhbəri diqqətə çatdırıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşması prosesi tam formalaşmadığı üçün Ağdamda olan 2 STEAM mərkəzi fəaliyyətə başlamayıb: 

“Sevindirici hal ondan ibarətdir ki, bu yaxınlarda Şuşada 1 nömrəli məktəbin bazasında olan STEAM mərkəzi fəaliyyətə başlayıb. Bu ayın 1-dən şagirdlərin formalaşması prosesi gedir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Aprel 2025