• Bakı 12° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Onkoloji xəstələrə ŞAD XƏBƏR

CƏMİYYƏT

17 Dekabr 2024 | 12:36

Onkoloji xəstələrə ŞAD XƏBƏR

"Onkoloji xəstəliklərin diaqnostikasında istifadə edilən Pozitron emissiya tomoqrafiyasının icbari tibbi sığortanın xidmətlər zərfinə əlavə edilməsi ilə bağlı xərclər hesablanır".

Bakıvaxtı.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

    O qeyd edib ki, Milli Onkologiya Mərkəzi ilə bu istiqamətdə danışıqlar gedir:

    "Həmin aparatların sayının artırılması, müayinənin əhali üçün əlçatan olması təmin edilməlidir. Gələn il yekun nəticələr barədə ictimaiyyətə məlumat veriləcək".


    SON XƏBƏRLƏR

    30 Mart 2026