Koreyalı məktəbli Kim Samonq Naxçıvanda 12 nömrəli məktəbdə oxuyur.
Bakıvaxtı.az xəbər verir ki, 11 yaşlı məktəbli körpə vaxtlarından Azərbaycana köçüb.
O, azərbaycanca səlis danışır və buranı çox bəyəndiyini deyir:
“Eləbil Naxçıvan mənim ölkəmdir. Koreyada doğulmuşam. Amma iki aylığımdan buraya gəlmişəm. Naxçıvanda hər yeri gəzmişəm. Burada yaşamaq mənə xoşdur, ömür boyu yaşamaq istəyirəm”.
Ətraflı “Baku TV”nin süjetində: