• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ötən ay neçə nəfəri ilan sancıb? - AÇIQLAMA

CƏMİYYƏT

08 Sentyabr 2021 | 13:42 | Müəllif: Subhan Mahmudov

Ötən ay neçə nəfəri ilan sancıb? - AÇIQLAMA

“Avqust ayında 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) 39 nəfər müraciət edib”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib. 

O bildirib ki, ilan sancması ilə müraciət edən 13 nəfərdən üçü azyaşlı olub:

“Gürzə sancması ilə müraciət edənlərin hər birinə zərdab vurulub. Onlardan yalnız birinin vəziyyəti ağır olduğundan hələ də şöbədə müalicəsi davam edir. Üç nəfər sirkə turşusundan zəhərlənmə ilə müraciət edib. Səkkiz nəfər həkim tərəfindən təyin edilən dərman qəbulu zamanı allergik reaksiya ilə müraciət edib. Dördü uşaq olmaqla 12 nəfər dərman zəhərlənməsi ilə müraciət edib. Böyük ehtimalla həkim nəzarəti olmadan alınan və düzgün dozada qəbul edilməyən dərmanlardan olub. Daha üç nəfər isə dəm qazı zəhərlənməsi ilə məsləhət alıb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026