Ötən ay üzrə Azərbaycanda yeni növ koronavirusa yoluxanların ümumi sayı 56 min 948 nəfər olub.
Bakıvaxtı.az bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın gündəlik yaydığı məlumata əsasən xəbər verir.
Noyabr ayı üzrə ölkədə COVID-19-dan dünyasını dəyişənlərin sayı isə 782 nəfər olub.
Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasından ölənlərin sayı 8 min nəfəri ötüb.
Nuranə Daxilqızı
















