• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ötən gün bacanaqlar bu ərazidə ölübmüş - FOTOLAR

CƏMİYYƏT

12 Iyul 2023 | 15:58

Ötən gün bacanaqlar bu ərazidə ölübmüş - FOTOLAR

Ötən gecə Qobustanda iki bacanağın ölümü ilə nəticələnən ağır qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı-Şamaxı yolunun Şıxzahırlı kəndin yaxınlığından keçən hissəsində “Mercedes 190” markalı 10-ZT-481 dövlət qeydiyyat nişanlı avtomobil dərəyə yuvarlanıb.

Avtomobildə olan sürücü, 1985-ci il təvəllüdlü Cavid Mürsəliyev və sərnişini, bacanağı Cavid Həmzəyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Onlardan birinin meyiti avtomobildən çıxaraq dərəyə düşüb.

Bildirilir ki, C.Mürsəliyev Qobustan şəhərində yaşayırmış. Onun bacanağı Cavid Həmzəyev Cəlilabad rayonunda qeydiyyatda olsa da, Qobustan rayon Cəngi kəndində yaşayırmış.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik. /Qafqazinfo


Ötən gün bacanaqlar bu ərazidə ölübmüş - FOTOLARÖtən gün bacanaqlar bu ərazidə ölübmüş - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR