• Bakı 24° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Ötən il Formula-1 üçün nə qədər vəsait ayrılıb?

İDMAN

09 Iyun 2026 | 12:17

Ötən il Formula-1 üçün nə qədər vəsait ayrılıb?

Xaricdəki ticarət nümayəndələrinin və onların aparatlarının saxlanılması ilə bağlı xərclər üzrə 2025-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 714 milyon manat vəsaitin 655.4 milyon manatı istifadə olunub.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsində əksini tapıb.

Qeyd olunub ki, xarici ölkələrdə fəaliyyət göstərən 85 diplomatik nümayəndəlik və konsulluğun saxlanılması və digər xərcləri üçün 205.2 milyon manat və Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin və onların aparatlarının saxlanılması (Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı, Rusiya Federasiyasındakı, Türkiyə Respublikasındakı, Birləşmiş Ərəb Əmirliklərindəki, Mərkəzi Asiya ölkələri və Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndələrinin aparatları) üçün 4.2 milyon manat məbləğində vəsait yönəldilib.

Beynəlxalq və regional təşkilatlara üzvlük haqqı xərcləri üzrə (BMT sisteminə aid olan qurumlar, proqramlar və konvensiyalara 6.1 milyon manat, İslam Əməkdaşlıq Təşkilatı və onun qurumlarına 1.3 milyon manat, Müstəqil Dövlətlər Birliyi (MDB) təşkilatlarına 1.6 milyon manat istifadə olunub.

2025-ci il dövlət büdcəsindən beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün (o cümlədən "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün 168 milyon manat, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıq işləri üçün 18.8 milyon manat, Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı üçün 7 milyon manat, 12-ci Qlobal Bakı Forumu üçün 3.5 milyon manat, 3-cü Şuşa Qlobal Media Forumu üçün 2.2 milyon manat, 3-cü Milli Şəhərsalma Forumu üçün 2.1 milyon manat, 8-ci "Xarıbülbül Beynəlxalq Folklor Festivalı üçün 1.7 milyon manat, Azərbaycan Respublikasının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Sədrliyi ilə əlaqədar tədbirlər üçün 1.2 milyon manat, "Laçın şəhəri - MDB mədəniyyət paytaxtı mövzusunda tədbir üçün bir milyon manat, digər tədbirlər üçün 8.1 milyon manat) 213.6 milyon manat məbləğində vəsait istifadə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026