• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Özbəkistan 912 milyon dollar dəyərində minik avtomobilləri idxal edib

İQTİSADİYYAT

15 Oktyabr 2024 | 14:47 | Müəllif: Gülşən Şərif

Özbəkistan 912 milyon dollar dəyərində minik avtomobilləri idxal edib

Bu ilin ilk səkkiz ayında Özbəkistan 912 milyon dollar dəyərində minik avtomobilləri idxal edib.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu müddət ərzində ölkəyə 48 055 minik avtomobili idxal edilib.

Özbəkistan minik avtomobillərinin böyük hissəsini, 38 085 ədədini Çindən idxal edib. Bundan başqa, Koreya Respublikası, ABŞ, Yaponiya və Almaniyadan da avtomobillər gətirilib.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində aparılan seçmə ev təsərrüfatları sorğusunun məlumatlarına əsasən, Özbəkistanda hər 100 ailəyə orta hesabla 57 minik avtomobili düşür. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026