• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Özbəkistanda Azərbaycan dilinin tədrisinə başlanıldı - FOTOLAR

CƏMİYYƏT

06 Fevral 2024 | 10:36

Özbəkistanda Azərbaycan dilinin tədrisinə başlanıldı - FOTOLAR

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin uzun müddətli apardığı işlər nəticəsində qardaş ölkənin bir sıra aparıcı universitetlərində Azərbaycan dilinin tədrisinə başlanılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Filologiya fakültəsinin tələbələri üçün aparılan dərslərdə Azərbaycan əlifbası, dilimizin fonetika, lüğət və qrammatikası, onun öyrənilmə metodikası tədris olunur. Dərsləri Azərbaycandan gəlmiş təcrübəli müəllim, Azərbaycan dili üzrə mütəxəssis - pedaqoq Mətanət Xudiyeva aparır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Azərbaycan Dövlət Dil Komissiyasının Monitorinq Mərkəzi arasında razılığa əsasən, Özbəkistanın sözügedən universitetlərdə Azərbaycan dili fənnini tədris etmək məqsədilə Mərkəzin baş mütəxəssisi, alim Mətanət Xudiyeva cari ilin yanvar ayından Daşkəndə ezam olunub.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, gələcəkdə Özbəkistan universitetlərində Azərbaycan dili ilə yanaşı, Azərbaycan ədəbiyyatı, tarixi fənlərinin tədrisi də həyata keçiriləcək.


Özbəkistanda Azərbaycan dilinin tədrisinə başlanıldı - FOTOLARÖzbəkistanda Azərbaycan dilinin tədrisinə başlanıldı - FOTOLARÖzbəkistanda Azərbaycan dilinin tədrisinə başlanıldı - FOTOLARÖzbəkistanda Azərbaycan dilinin tədrisinə başlanıldı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026