Xəbər verdiyimiz ki, baş rollarda Özcan Deniz və Özgü Namalın çəkildiyi “Qızıl qönçələr”serialının yayımı dayandırılıb.
Bakıvaxtı.azxəbər verir ki, Özcan Deniz öz instaqram hesabında sözügedən qərara etiraz edərək yazıb:
"Mən əxlaq gözətçisi deyiləm. Karyeramın ən əxlaqlı işini gördüyüm halda məni əxlaqsızlıqda günahlandırdılar. Hər şeyə rəğmən yanvarın 22-də yenidən ekranlarda olacağıq" .
Xatırladaq ki, ötən həftə Teleradio Şurası ( RTÜK) serialın nümayişinin 2 həftə dayandırılmasına və istehsalçıların əldə edilən gəlirin 3 faizi məbləğində cəzalandırılmasına qərar vermişdi.
Günəş Mərd
















