Pakistanın Kvetta şəhərində mehmanxana yaxınlığında baş verən partlayış nəticəsində 2 polis əməkdaşı ölüb, 8-i isə müxtəlif xəsarətlər alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə hökumət orqanlarının məlumatında deyilir.
Məlumata görə, hücumun hədəfi polis avtomobili olub. Partlayıcı qurğu motosiklə yerləşdirilibmiş.
Bundan əlavə, patlayış zamanı ərazidən keçən 4 piyada da yaralanıb.














