• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pakistanın cənub-qərbində partlayış - Ölən və yaralananlar var

DÜNYA

30 Yanvar 2024 | 21:40 | Müəllif: Subhan Mahmudov

Pakistanın cənub-qərbində partlayış - Ölən və yaralananlar var

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin Sibi şəhərində bomba partlayıb.

Bu barədə yerli polisə məlumat verilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində azı iki nəfər ölüb, yeddi nəfər yaralanıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Qeyd olunub ki, onların əksəriyyətinin vəziyyəti ağırdır, ölənlərin sayı arta bilər.

Əyalətin səhiyyə naziri hadisə ilə əlaqədar Sibi və qonşu Kvetta şəhərinin bütün xəstəxanalarında fövqəladə vəziyyət elan edib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026