"Sanitariya yoxdur, su yoxdur, qidanı saxlamaq üçün soyuducu yoxdur, təhsil yoxdur, səhiyyə yoxdur, infrastruktur yoxdur. Onlar necə sağ qalırlar?”
Bakıvaxtı.az-ın xəbərinə görə, bu fikirləri Pakistanın federal naziri Musadik Masood Malik deyib.
O qeyd edib ki, varlı və sənayeləşmiş icmalarda əsas üstünlük resurslardan səmərəli istifadə və iqtisadi imkanların genişliyidir.
Nazir bildirib ki, yoxsul icmalar ciddi çatışmazlıqlara baxmayaraq yaşamağa davam edirlər və onların da öz daxili gücü mövcuddur.
Onun sözlərinə görə, bu güc əsasən mədəniyyət, dayanıqlılıq və icma daxilində qarşılıqlı dəstək ənənələrində formalaşır.
Sonda vurğulanır ki, inkişaf siyasətlərində bu sosial və mədəni resursların nəzərə alınması vacibdir.
Əli Hüseynov
Bakı 




