Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Covid-19 pandemiyasının bitdiyini elan edib. Bu o deməkdir ki, pandemiyaya görə tədbiq edilən bütün qərarlar yığışdırılmalıdır. Bununla quru sərhədlərin açılma məsələsi də gündəmə gəlir.
İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan pandemiya elan olunan zaman məhz Ümumdünya Səhiyyə Təşkilatının qərarlarınna, ordan gələn bəzi təlimatlara riyaət edirdi: “Azərbaycanda istər pandemiya, istərsə də vaksinasiya ilə bağlı qərarlar ÜST-ün pratokolları ilə həyata keçirilirdi. Azərbaycan tərəfi də bunu gizlətmirdi. Dəfələrlə rəsmi şəkildə bu haqda məlumatlar verilib".
Onun sözlərinə görə, ÜST-ün Azərbaycan nümayəndəsi də pandemiya dövründə Azərbaycanda aparılan siyasətlə bağlı tez-tez pozitiv yöndə çıxışlar edirdi: "İndi ÜST pandemiyanı ləğv etdi. Düzdür, orda elan edilib ki, təhlükə qalır, virus hələ də var, onunla birgə yaşamağı öyrənmək lazımdır. Amma protokollara görə, artıq ləğv edildi”.
Ekspert qeyd edib ki, ləğvetmə məsələsinin Britaniya kralının tac qoyma mərasimi ilə üst-üstə düşməsi maraqlıdır: “Orada çox sayda qonaqların gəldiyini nəzərə alaraq ümumiyyətlə, bu problemin dünyada simvolik olaraq bitdiyinin elan edilməsi çox maraqlıdır. Azərbaycan ÜST-ün qərarlarına riyaət edirsə, onlara əsaslanaraq karantini ləğv etməlidir".
N.Cəfərli hesab edir ki, bu, həm də quru sərhədlərə aiddir. Müsahibimiz bildirib ki, quru sərhədlərin bağlı olmasını hökumət formal olaraq pandemiya ilə əlaqələndirir: "Artıq bu formallıq da aradan qaldırıldı: "Azərbaycan hökuməti də bununla bağlı yaxın zamanlarda qərar verməlidir”.
Aytac Aslan






jpg-1686133728.webp)
jpg-1686131738.webp)

jpg-1686128966.webp)






