• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Postpandemiya dövründə Azərbaycan turizmi ilə bağlı PROQNOZ

CƏMİYYƏT

10 Avqust 2021 | 14:27

Postpandemiya dövründə Azərbaycan turizmi ilə bağlı PROQNOZ

"Optimist proqnozlarımıza görə, biz pandemiyadan əvvəlki vəziyyətə 2023-cü ildə qayıdacağıq" 

Bunu Bakıvaxtı.az-a özəl açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. 

O bildirib ki, bu, əsasən pandemiyanın nə qədər davam edəcəyindən asılıdır: 

"2019-cu ildə Azərbaycana 3 milyon 219 min xarici vətəndaş gəlib. Bunun əksəriyyəti turist olub. 2020-ci ilin yanvar-fevral aylarında 18 faiz artım olub. Amma sonra pandemiyanın başlaması bütün planlarımızı pozdu. Bu, böyük zərərdir. Təkcə Azərbaycana deyil, bütün dünyaya bu zərbə dəyib. 

Optimist proqnozlarımıza görə, biz pandemiyadan əvvəlki vəziyyətə 2023-cü ildə qayıdacağıq. Amma mən düşünürəm ki, tam şəkildə bərpa 2024-cü ildə reallaşacaq". 

 

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026