• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paris-2024: Bu gün bir idmançımız çıxış edəcək

İDMAN

03 Sentyabr 2024 | 09:45

Paris-2024: Bu gün bir idmançımız çıxış edəcək

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın bir idmançısı çıxış edəcək.

Bakıvaxtı.az xəbər verir ki, paraalimpiya və 4 qat dünya çempionu Lamiyə Vəliyeva T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda gücünü sınayacaq.

Bu kateqoriya üzrə təsnifat mərhələsi saat 13.04-də, final mərhələsi isə 21:00-da başlayacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026