• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Parklanmaya görə edilən cərimənin məbləği AÇIQLANDI

CƏMİYYƏT

16 Oktyabr 2023 | 16:35

Parklanmaya görə edilən cərimənin məbləği AÇIQLANDI

Parklanmaya görə edilən cərimənin məbləği açıqlanıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, parklanmaya görə ödənişin edilməməsi və ya parklanma yerindən ödəniş edilən müddətdən artıq istifadə üçün əlavə ödənişin edilməməsi, nəqliyyat vasitəsinin qanunla müəyyən olunan parklanma üsulunu pozmaqla parklanmasına görə şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 10 manat məbləğində cərimə edilir.

Xatırladaq ki, parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər iki aydır yalnız nağdsız qaydada mobil tətbiq üzərindən və sms vasitəsilə həyata keçirilir. Yeni qaydaların tətbiqi ilə bu sahədə şəffaflaşma müşahidə edilir.

Bu günə olan statistikaya əsasən, 180 minədək insan mobil tətbiqi yükləyərək qeydiyyatdan keçib. 16 mindən çox şəxs isə balansın artırılması əməliyyatını həyata keçirib.

Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.

Parklanmaya tələbat az olan ərazilərdə qiymət tənzimlənməsi tətbiq edilmir. Yaşayış yeri parklanma zonasına yaxın olan sakinlərdən ödəniş tələb olunmur. Bunun üçün xüsusi parklanma talonları mövcuddur. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı digər hallarda isə imtiyazlar nəzərdə tutulmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026