• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Paşinyan ABŞ səfiri ilə regiondakı vəziyyəti müzakirə etdi

CƏMİYYƏT

06 Fevral 2024 | 16:12

Paşinyan ABŞ səfiri ilə regiondakı vəziyyəti müzakirə etdi

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-ın bu ölkədəki səfiri Kristina Kvieni qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.

    Bildirilib ki, tərəflər Ermənistan-ABŞ əməkdaşlığını müzakirə ediblər.

    "Baş nazir qeyd edib ki, Ermənistan hökuməti ABŞ-ın Ermənistan-Azərbaycan sülh prosesində səylərini və regionda sabitliyin bərqərar olunmasına yönəlmiş addımlarını yüksək qiymətləndirir", məlumatda qeyd olunub.

    Tərəflər, həmçinin Cənubi Qafqazda vəziyyət, regional infrastrukturların blokdan çıxarılması imkanları, Ermənistan hökumətinin "Sülh kəsişməsi” layihəsi ətrafında fikir mübadiləsi aparıblar.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026