• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paşinyan Xarici İşlər naziri vəzifəsinə namizədi SEÇDİ

SİYASƏT

13 Iyul 2021 | 19:45

Paşinyan Xarici İşlər naziri vəzifəsinə namizədi SEÇDİ

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Xarici İşlər Naziri təyin ediləcək.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə səlahiyyətliləri bu mövzuda son qərar verib.

Bundan əvvəl mətbuatda parlament sədri Ararat Mirzoyanın və ya baş nazirin müavini Mqer Qriqoryanın Xarici İşlər naziri vəzifəsinə təyin edilməsi barədə məlumatlar yayılmışdı. Ancaq indi, nəşrə görə, bu təkliflər qəbul edilməyib.

Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyinin əvvəlki rəhbəri Ara Ayvazyan mayın 27-də istefa etmişdi. Onun ardınca müavinləri - Qagik Qalaçyan, Avet Adonç, Artak Apitonyan və Armen Qevondyan istefa veriblər. Sonuncunun istefası qəbul edilməyib. Hal hazırda müvəqqəti olaraq Ayvazyanı əvəz edir.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR