• Bakı 22° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Pavel Durov Gürcüstana səfər etdi

DÜNYA

25 Iyun 2026 | 22:32

Pavel Durov Gürcüstana səfər etdi

"Telegram" platformasının qurucusu Pavel Durov Gürcüstanın paytaxtı Tbilisiyə səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, Durov burada hakim Gürcü Arzusu partiyasının nümayəndələri ilə görüşüb.

Partiyanın deputatı Vako Turnava sahibkarla birgə çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb. Bildirilir ki, görüşdə Tbilisi meri və partiyanın baş katibi Kaxa Kaladze də iştirak edib.

Vako Turnava Business Insider Georgia-ya açıqlamasında Pavel Durovu Gürcüstanın İT sektorunun investisiya potensialı ilə tanış etdiyini bildirib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə Durovun ölkəyə rəsmi deyil, şəxsi səfər etdiyini vurğulayıb.

Qeyd edək ki, səfərin rəsmi məqsədi açıqlanmayıb. Müxalif TV Pirveli telekanalı səfərin kriptovalyuta layihələri ilə bağlı ola biləcəyini iddia etsə də, bununla bağlı hər hansı sübut təqdim edilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyun 2026