• Bakı 27° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Pentaqon Kiyevə müdafiə silahları göndərmək planlarını təsdiqləyib

DÜNYA

08 Iyul 2025 | 08:58

Pentaqon Kiyevə müdafiə silahları göndərmək planlarını təsdiqləyib

ABŞ-nin Müdafiə Nazirliyi Amerika administrasiyasının Ukraynaya əlavə müdafiə silahları ötürmək planlarını təsdiqləyib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib.

“Prezident (Donald) Trampın göstərişi ilə Müdafiə Nazirliyi dayanıqlı sülhə nail olmaq və ölümləri dayandırmaq üçün çalışarkən ukraynalıların özlərini müdafiə edə bilmələrini təmin etmək üçün Ukraynaya əlavə müdafiə silahları göndərir”, - o deyib.

Parnell əlavə edib ki, Pentaqon dünyada hərbi təchizatların nəzərdən keçirilməsi planlarına sadiq qalır.

Bundan əvvəl Tramp ABŞ-nin Ukraynaya silah tədarükünü davam etdirəcəyini bildirib.


SON XƏBƏRLƏR