Rusiya prezidenti Vladimir Putinin ən güvəndiyi şəxslərdən olan Kremlin mətbuat katibi Dimitri Peskovun həyat yoldaşı Tatyana Navkanın sosial şəbəkədə paylaşımı müzakirələrə səbəb olub.
Bakıvaxtı.az Türkiyə mətbuatlına istinadən xəbər verir ki, T.Navka tətilini qardaş ölkədə keçiri. Özəl yaxta kirayələyən Tatyana Navka "Instagram" hesabında 1 milyon 200 min izləyicisindən Yunan adalarından birində əyləndiyi gecədən görüntüləri paylaşıb.
Navka xüsusilə Egey adalarında rast gəlinən boşqab qırma ənənəsini yunan musiqisinin müşayiəti ilə ifa edib. Amma indiki siyasi böhran şəraitində Tatyana Navkanın NATO üzvü olan ölkədə əylənməsi tənqid hədəfinə çevrilib.
Aytac Aslan
















