• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pirallahıda narkotik satan şəxs saxlanılıb

HADİSƏ

20 Avqust 2021 | 16:46

Pirallahıda narkotik satan şəxs saxlanılıb

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DİN mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 1987-ci il təvəllüdlü Adil Rzayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.

Davam etdirilən digər əməliyyat tədbirləri ilə onun yaşadığı ünvana baxış zamanı oradan heroin, metamfetamin, çətənə toxumları və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla əlaqədar Pirallahı RPŞ-də araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026