• Bakı 18° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Samux sakini yıxılaraq ölüb

HADİSƏ

19 Sentyabr 2021 | 16:32 | Müəllif: Subhan Mahmudov

Samux sakini yıxılaraq ölüb

Samuxda bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.

1964-cü il təvəllüdlü Rəhimov Ədil Adıl həyəti suvarmaq üçün su açan zaman yıxılıb. Xəstəxanaya aparılan 57 yaşlı kişinin öldüyü məlum olub.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, mərhum ürək tutmasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026