• Bakı 9° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Planşet uşaqların beyin inkişafını ləngidir

CƏMİYYƏT

11 Sentyabr 2023 | 12:32

Planşet uşaqların beyin inkişafını ləngidir

Ürəyi sıxılan və ya diqqət çəkmək istəyən azyaşlılara əylənmək üçün verilən planşetlər uzun müddətdə onların beyin inkişafını ləngidir.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu, Yaponiyada aparılan təcrübənin nəticələrində əksini tapıb. Amerika Pediatriya Assosiasiyasının dərc etdiyi məqaləyə əsasən, azyaşlılar planşetə diqqət yetirdikdə ətrafdakı insanların hərəkət və səslərini təqlid edə bilmirlər. Gündə 2 saat planşetdən istifadə edən uşaqların ünsiyyət, nitq bacarıqlarını istifadə etməyənlərə nisbətən iki dəfə gec inkişaf etdirdiyi məlum olub.

Davamlı olaraq planşetə baxan uşaqların gələcəkdə ekran asılılığından qurtulmasının çox çətin və ya qeyri-mümkün olacağı da düşünülür.

Alimlərin fikrincə, uşaqların planşetlə oynamaqdansa, bir az bekar oturması, ürəyi sıxılanda öz düşüncələrinə dalaraq ətrafa baxmağa başlaması həm psixi sağlamlıq, həm də beyin inkişafı üçün çox vacibdir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026