UEFA-nın sabiq prezidenti Mişel Platini FIFA-nın hazırkı rəhbəri Canni İnfantinonun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.
Fransalı futbol funksioneri iddia edir ki, İnfantino ona qarşı qurulan gizli sui-qəsdin əsas iştirakçılarından biri olub. Platininin sözlərinə görə, məhz bu qəsd nəticəsində o, 2016-cı ildə FIFA prezidenti seçilmək şansından məhrum edilib.
Xatırladaq ki, həmin dövrdə Mişel Platini bu posta ən əsas namizəd və favorit hesab olunsa da, son anda ona qarşı irəli sürülən fırıldaqçılıq və korrupsiya ittihamları ucbatından o, hətta öz namizədliyini belə irəli sürə bilməmişdi. Nəticədə isə ali futbol qurumunun rəhbəri postuna Canni İnfantino seçilmişdi.
Bakı 



