• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Polis postunda saxlanılan şəxsin avtomobilində heroin aşkarlanıb

HADİSƏ

09 Avqust 2021 | 11:54

Polis postunda saxlanılan şəxsin avtomobilində heroin aşkarlanıb

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Polis Bölməsinin daxil olmuş əməliyyat məlumatı əsasında Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının stasionar postunun əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat zamanı Cəlilabad rayon sakini Adıgözəl Quliyev saxlanılıb.

Onun idarə etdiyi “Vaz 2107” markalı avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin solunundan 80 qram heroin aşkar olunaraq götürülüb. Adıgözəl Quliyev ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini və Bakı şəhərinə apardığını bildirib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.


Polis postunda saxlanılan şəxsin avtomobilində heroin aşkarlanıbPolis postunda saxlanılan şəxsin avtomobilində heroin aşkarlanıbPolis postunda saxlanılan şəxsin avtomobilində heroin aşkarlanıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026