• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polisdən avtomobilindən oğurluq edilən bloqerlə bağlı AÇIQLAMA  

HADİSƏ

31 Avqust 2022 | 10:31

Polisdən avtomobilindən oğurluq edilən bloqerlə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, avqustu 25-də Bakıda tanınmış videobloqer Nail Kəmərlinin avtomobilindən oğurluq edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Bakıvaxtı.az-a bildirib ki, bloqerin avtomobilindən oğurluq edən şəxs tutulub.

"Bloqer Nail Kəmərlinin avtomobilindən oğurluq etməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü, əvvələr oğurluq əməllərinə görə məhkum olunan Əli Kazımov polisin keçirdiyi tədbirlərlə müəyyən olunaraq tutulub.
Oğurlanan fotoaparatın zərərçəkmişə qaytarılması təmin olunacaqdır. Həmin şəxs paytaxt sakini, 1997-ci il təvəllüdlü Əli Kazımovdur", -deyə E.Hacıyev bildirib. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N.Kəmərlinin yaşadığı ərazidə park etdiyi “Niva” markalı avtomobilinə daxil olan naməlum şəxs oradan "Canon” markalı fotoaparat oğurlayıb. Həmçinin avtomobilin maqnitafonu sındırılaraq yararsız hala salınıb. 

İbRa 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR