• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Polisdən əməliyyat - Saxlanılanlar var

CƏMİYYƏT

27 May 2023 | 09:24

Polisdən əməliyyat - Saxlanılanlar var

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və əkilib becərilməsində şübhəli bilinən rayon sakinləri Kamran Balakişiyev və Mehman Salamov saxlanılıblar.

Həmin şəxslərin üzərinə və yaşadığı evə baxış keçirilən zaman bükümlərdə narkotik vasitə olan heroin, marixuana və əkilib becərilməsi qadağan edilmiş 50 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR