Polşa Prezidenti Andjey Dudaya COVID-19 diaqnozu qoyulub.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Duda artıq karantinə yerləşdirilib.
“Prezident yaxşıdır, virusun ciddi əlamətləri yoxdur və o, həkimlərin daimi nəzarəti altındadır”, - Prezident Administrasiyasının rəhbəri Pavel Şrot bildirib.
















