• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Prezident bu şəxslərə daha 2 il vaxt verdi - FƏRMAN

SİYASƏT

28 Fevral 2025 | 14:04 | Müəllif: Əli Hüseynov

Prezident bu şəxslərə daha 2 il vaxt verdi - FƏRMAN

Prezident İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 27 iyun 2019-cu il tarixli və “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli fərmanlarında dəyişiklik edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında verilməsi üçün möhlət 2 il artırılaraq 2027-ci il yanvarın 1-nə qədər uzadılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026