• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Prezident dağda yıxıldı və beyni silkələndi

DÜNYA

22 Avqust 2022 | 00:11 | Müəllif: Subhan Mahmudov

Prezident dağda yıxıldı və beyni silkələndi

Avstriyanın federal prezidenti Aleksandr van der Bellen dağda baş verən insident nəticəsində sıyrıqlar və yüngül beyin silkələnməsi keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə prezidentin Tvitter səhifəsində məlumat verilib.

"O, Kaunerqratda gəzinti zamanı sürüşüb və “Kobra” xüsusi təyinatlıları tərəfindən ən yaxın xəstəxanaya aparılıb. Prezident sıyrıqlar, yüngül beyin silkələnməsi keçirib və həkimlərin məsləhəti ilə gecəni xəstəxanada keçirəcək", - deyə bildirilib.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026