• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Putin Pekin Qış Olimpiadasına qatılacaq

DÜNYA

26 Dekabr 2021 | 21:18

Putin Pekin Qış Olimpiadasına qatılacaq

Rusiya Prezidenti Vladimir Putin 2022-ci ildəki ilk xarici səfərini Çinə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Putin Pekin Qış Olimpiadasına qatılacaq.

Peskov onu da əlavə edib ki, Putinin 2022-ci il xarici səfər proqramında tək dayanacaq Pekindir.

Qeyd edək ki, ABŞ və onun üç müttəfiqi - Avstraliya, Böyük Britaniya və Kanada 2022-ci il Oyunlarını diplomatik boykot elan ediblər. Bundan sonra Slovakiya da eyni addımı atıb. 2022-ci il Olimpiadasına getməkdən imtinanın rəsmi səbəbi Çində insan haqlarının pozulmasıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026