• Bakı 23° C

    4.09 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Putin Qazaxıstana gedəcək

DÜNYA

27 Iyun 2023 | 11:57

Putin Qazaxıstana gedəcək

Rusiya Prezidenti Vladimir Putin payızda Qazaxıstana səfər edəcək.

Bakıvaxtı.az Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan lideri Kasım-Jomart Tokayev deyib.

Qazaxıstan Prezidenti Rusiya lideri ilə son telefon danışığının təfərrüatlarını açıqlaraq deyib ki, ölkəsinin əhalisi haqlı olaraq qonşu ölkədə baş verən iğtişaş cəhdini böyük narahatlıqla qarşılayıb: “Bu, başa düşüləndir, çünki Qazaxıstanla Rusiya arasında dünyanın ən uzun dövlət sərhədi var, biz vahid iqtisadi məkandayıq, bizi minlərlə humanitar əlaqələr və təmaslar birləşdirir. Rusiya Prezidenti ilə telefon danışığı zamanı onun konstitusiya quruluşunun və qanunvericiliyin qorunmasına və möhkəmləndirilməsinə yönəlmiş hərəkətlərini tam dəstəklədiyimi bəyan etdim”, - deyə Tokayev vurğulayıb.

Qazaxıstan Prezidenti əlavə edib ki, onlar bu ilin payızında Rusiya Prezidentinin Qazaxıstana gözlənilən səfərini də müzakirə ediblər: “Bu gün fürsətdən istifadə edərək, uzunmüddətli və davamlı strateji tərəfdaşlıq formatında Rusiya ilə çoxtərəfli əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı Qazaxıstanın prinsipial mövqeyini bir daha təsdiq edirəm. Əminəm ki, bu mövqe xalqımızın maraqlarına tam cavab verir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026