Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman əl-Səud Rusiya Prezidenti Vladimir Putindən iki ölkə arasındakı münasibətlərə dair məktub alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bəyanata görə, Rusiyanın Səudiyyə Ərəbistanındakı səfiri Sergey Kozlov Putinin mesajını krallığın xarici işlər nazirinin müavini Abdel Rəhman bin İbrahim ər-Rasiyə çatdırıb. Görüş zamanı tərəflər Moskva ilə Ər-Riyad arasında münasibətlərin vəziyyətini, eləcə də onların inkişaf etdirilməsi yollarını müzakirə ediblər.
Avqustun 19-da Kremlin mətbuat xidməti Putinin Salmanla telefon danışığı apardığını açıqlamışdı. Rusiya lideri Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsini ABŞ Prezidenti Donald Trampla son təmasların nəticələri barədə məlumatlandırmışdı.