Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında danışıqlar yekunlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, Sankt-Peterburqda ybaş tutan görüş 4,5 saat davam edib.
Nümayəndə heyətləri görüşün keçirildiyi Prezident Kitabxanasının binasından ayrılıblar.
***19:40
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof arasında görüş başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kreamlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş Sankt-Peterburqda keçirilir.
Vitkofun təyyarəsi Sankt-Peterburqun Pulkovo hava limanına eniş edib.
Qeyd edək ki, bu, Vitkofun Rusiyaya üçüncü səfəridir. Bundan əvvəl martın 13-də Moskvaya gedən xüsusi nümayəndə Rusiyanın yüksək səviyyəli nümayəndələri ilə görüşüb və axşam saatlarında Putin tərəfindən qəbul edilib.