• Bakı C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Putin: "Yaxın Şərqdə Fələstin dövləti yaradılmalıdır"

DÜNYA

13 Avqust 2024 | 16:06

Putin: Yaxın Şərqdə Fələstin dövləti yaradılmalıdır

"Bölgədə uzunmüddətli, etibarlı, sabit sülhü təmin etmək üçün Birləşmiş Millətlər Təşkilatının bütün qərarlarını yerinə yetirmək və tamhüquqlu Fələstin dövlətini yaratmaq lazımdır". 

Bakıvaxtı.az "Vedmosti"yə istinadən xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbasla görüşü zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

Putin vurğulayıb ki, Rusiya həmişə İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub:

"Bizim mövqeyimiz dəyişməzdir. Problemin kökləri keçmişə gedib çıxır. Münaqişənin səbəblərindən biri beynəlxalq təşkilatlar səviyyəsində, xüsusən də BMT səviyyəsində müstəqil dövlətin formalaşdırılması və yaradılması ilə bağlı əvvəllər qəbul edilmiş qərarlara məhəl qoyulmamasıdır".

Gülşən Şərif


SON XƏBƏRLƏR