• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Qalatasaray”-“Qarabağ”: Daha bir yoldaşlıq oyunu keçiriləcək? - AÇIQLAMA

İDMAN

27 Mart 2023 | 16:24 | Müəllif: Qalib İbrahimoğlu

“Qalatasaray”-“Qarabağ”: Daha bir yoldaşlıq oyunu keçiriləcək? - AÇIQLAMA

““Qarabağ”ı İstanbulda dostluq oyunu keçirmək üçün dəvət etmişik”.

Bakıvaxtı.az xəbər verir ki, “Qalatasaray” Futbol Klubunun prezidenti Dursun Özbek deyib.

Onun sözlərinə görə, iki qardaş ölkənin qardaş komandaları olaraq bəzi fəaliyyətlərini birləşdirəcəklər:

“Onlar Azərbaycanda, biz də Türkiyədə işbirliyi edəcəyik. “Qarabağ”ı İstanbulda dostluq oyunu keçirmək üçün dəvət etmişik. Bizi çox yaxşı qarşıladılar. Qardaş klub təqdimatını gələn həftə edəcəyik”.

D.Özbək deyib ki, “Qarabağ” və “Qalatasaray” klubları qardaş səviyyəsində bir-birilərini sevirlər:

“Mağazalarımızda “Qarabağ” formalarını satacağıq. Onlar da “Qalatasaray” formaları satacaqlar”.

Dursun Özbəkin dediklərinə münasibət bildirən “Qarabağ” klubunun mətbuat katibi Gündüz Abbaszadə Bakıvaxtı.az-a deyib ki, həqiqətən belə bir fikir səsləndirilib. Onun sözlərinə görə, amma bu barədə danışmaq hələ tezdir.

“Yəqin ki, bu məsələni mövsümün sonuna yaxın müzakirə edəcəyik". deyə Gündüz Abbaszadə əlavə edib.

Qeyd edək ki, martın 26-da Bakıda "Qarabağ"-"Qalatasaray" klubları arasında yoldaşlıq oyunu keçirilib,
Oyun 2-1 hesabı ilə "Qalatasaray"ın qələbəsi ilə başa çatıb.

Onu da bildirək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

İmran Qurbanov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026