• Bakı 8° C

    0.47 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qara Qarayev "Lex"lə oyunu buraxa bilər

İDMAN

11 Iyul 2022 | 18:48

Qara Qarayev "Lex"lə oyunu buraxa bilər

"Qarabağ"ın futbolçusu Qara Qarayev Polşa "Lex"inə qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununu buraxa bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl keçirilən mətbuat konfransında bildirib.

50 yaşlı mütəxəssis yarımmüdafiəçidə narahatlığın olduğunu söyləyib: "Onun meydana çıxması sual altındadır. Bugünkü məşqdə Qara ilə bağlı məsələyə aydınlıq gələcək".

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk oyunda "Qarabağ" rəqibinə minimal hesabla uduzub - 0:1.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026